Bakının Nərimanov rayonunda özbaşına tikinti halları pik həddə çatıb.
Mia.az-ın məlumatına görə, tikinti şirkətləri yeri İcra Hakimiyyətinin müəmmalı susqunluğu nəticəsində sakinlərin həyatını təhlükəyə atmaqdan çəkinmirlər.
Videofaktla tanış olun:
Məsələ ilə bağlı Nərimanov İH-dən Mia.az-a belə münasibət ünvanlanıb: "Bildiririk ki, sözügedən ünvanda bir müddətdir ki MTK tərəfindən tikinti işləri aparılır. Bununla əlaqədar müvafiq təhlükəsizlik normalarına əsasən tikinti sahəsinin ətrafında mühafizə zolağı yaradılmışdır. Həmçinin, ətrafda yerləşən ağaclara da ziyan verilməməsi təmin edilmişdir. Lakin buna baxmayaraq, səkinin dar olmasını nəzərə alaraq tikinti şirkətinə xəbərdarlıq edilərək ən qısa zamanda tikinti işlərinin bitirilməsi və sözügedən problemin aradan qaldırılmasının vacibliyi bildirilmişdir".
Samir MUSAYEV
MİA.AZ