AZ

Rusiya ilə NATO arasında 5 ildən sonra müharibə başlaya bilər..?

…Əvvəla xatırladaq ki, SİA dünən bununla bağlı Danimarka kəşfiyyatına istinadən yazmışdı.

Onu da xatırladaq ki, Rusiyanın NATO ölkələrinə hücum ehtimalına diqqət çəkən Danimarka kəşfiyyatı, NATO qüvvələrini güclənməyə çağırmışdı.

Qeyd edilməlidir ki, doğrudan da, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl alyansla münaqişə ehtimalını istisna etmişdi.

...Bu arada departament qeyd edib ki, Rusiya altı ay ərzində qonşu ölkə ilə lokal müharibə apara, iki ildən sonra Baltikyanı ölkələr üçün təhlükəyə çevrilə və beş ildən sonra isə Avropada Amerikanın müdaxilə etməyəcəyi böyük müharibəyə hazır ola bilər.

Danimarka hesab edir ki, Rusiya Ukraynada və başqa yerdə eyni vaxtda hərbi əməliyyatlar keçirə bilməyəcək.

...Amma Moskvanın Qrenlandiyaya hücumu gözlənilmir, çünki ABŞ-la münaqişə daha ciddi nəticələrə gətirib çıxara bilər.

Yeri gəlmişkən, hazırda Danimarka ərazisi olan adanı Donald Tramp ölkəsinin bir hissəsi etmək istəyir.

Reallıq isə budur ki, hələ də Qərbdə Rusiyanın NATO-ya hücum edə biləcəyini deyirlər.

...Putinin fikrincə, Qərbin Ukraynaya yardıma xərclənməsinə haqq qazandırmaq üçün bu boş sözlərə ehtiyacı var..?

Əli Babayev

Seçilən
14
sia.az

1Mənbələr