AZ

Bakıda yük avtomobili ağaca çırpıldı: bu yolda sıxlıq yarandı - FOTO

Paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobilinin ağaca çırpılması nəticəsində sıxlıq yaranıb.

Publika.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Seçilən
40
10
publika.az

10Mənbələr