Çempionlar Liqasında bu gün daha 4 oyun keçirilir.

Offsideplus.az xəbər verir ki, bu oyunlardan biri də, Fransada keçirilir. Belə ki, "Monako" "Benfika"nı qəbul edir. Davam edən matçın 52-ci dəqiqəsində Əl Musrati qırmızı vərəqə alıb. Buna səbəb onun hakimə etiraz etməsi olub. Passivində sarı kartı olan yarımmüdafiəçi etriazdan sonra 2-ci sarını alaraq meydandan qovulub. 

Qeyd edək ki, Əl Musrati Fransa təmsilçisində icarə əsasında çıxış edir. Müqavilə ilə "Beşiktaş"a məxsusdur.