AZ

Premyer Liqa: “Everton” “Liverpul”dan xal aldı

Bu gün futbol üzrə İngiltərə çempionatının (Premyer Liqa) 2024/25 mövsümünün 15-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında “Everton” lider “Liverpul”la üz-üzə gəlib.

“Everton” hesabı açdığı bu oyunda məğlub duruma düşsə də, son anda bərabərlik qolunu vurmağı bacarıb. Beləcə, 4 qolun qeydə alındığı oyunda komandalar hərəyə 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra “Liverpul” 57 xalla Premyer Liqanın vahid lideridir. “Arsenal” 50 xalla ikinci, “Nottingem Forest” 47 xalla üçüncü, “Çelsi” 43 xalla dördüncüdür. “Mançester Siti” və “Nyukasl” 41, “Bornmut” 40, “Aston Villa” 37, “Fulhem” 36, “Brayton” 34, “Brentford” 31, “Kristal Pelas” 30, “Mançester Yunayted” 29, “Tottenhem”, “Everton” və “Vest Hem” isə 27 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
15-ci turun oyunu
12 fevral

Everton – Liverpul 2:2
Qollar: Beto, 11. Tarkovski, 90+8 – Makallister, 1. Salah, 73.

Seçilən
14
arena.az

1Mənbələr