AZ

Kanadanın regional liderləri Trampla metal tariflərini müzakirə edəcəklər

Kanadanın bütün regionlarının liderləri ABŞ Prezidenti Donald Trampla görüşərək Vaşinqtonun Kanadadan idxal etdiyi polad və alüminiuma tətbiq edəcəyi rüsumlar məsələsini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, Kanadanın “CBC” və “CTV” telekanalları Kanada regionlarının rəhbərlərinin həqiqətən də Vaşinqtonda olduğunu, lakin Trampın onlarla görüşməyəcəyini bildirir.

Əvəzində onun administrasiyasının yüksək vəzifəli şəxsləri onlarla tarif məsələsini müzakirə edəcək.

Seçilən
9
apa.az

1Mənbələr