Belqradda keçirilən beynəlxalq boks turnirində azərbaycanlı idmançılar iştirak edib.
Sportinfo.az xəbər verir ki, turnirə evsahibliyi edən ölkənin paytaxtı Belqradda keçirilən yarışda “Neftçi” İdman Klubunun boksçuları 2 medala yiyələniblər.
Həmyerlilərimizdən Anaxanım İsmayılova (48 kq) bütün döyüşlərdən qalib ayrılıb və qızıl medal qazanıb.
Digər idmançımız Emili Rzayeva (70 kq) isə yarışı üçüncü pillədə başa vurub.