Premyer Liqada Mersisayd derbisi baş tutub.

Offsideplus.az xəbər verir ki, "Everton"un meydanında keçirilən matç həm qollarla, həm də, qalmaqalla yadda qalıb. Belə ki, "Liverpul" 11-ci dəqiqədə hesabda geri düşüb. Sonradan geri dönüş edərək hesabı xeyrinə dəyişən Arne Slotun komandası, son saniyələrdə qol buraxıb. 

Bundan başqa, matçın son dəqiqələri qalmaqalla yadda qalıb. Oyunçular arasında gərginlik yaşanıb. Hakim hər iki komandadan bir oyunçuya qırmızı kart göstərib. Dukure və Kortis Cons 90+8-də meydandan qovulublar.

Qolların və meydanda baş verən gərginliyin videolarını təqdim edirik: