Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) Beynəlxalq MülkiAviasiya Təşkilatını (ICAO) Cənubi Koreya ilə hava hərəkətinənəzarət əlaqəsini dayandırmaq planı barədə məlumatlandırıb.
Trend xəbər verirki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumatyayıb. Bildirilib ki, KXDR hələ ötən il beynəlxalq təşkilata məktubgöndərərək, 2025-ci ildən etibarən hava nəzarət əlaqəsini kəsməyiplanlaşdırdığını bildirib. Bununla bağlı Rəsmi Seul isə əlaqənindavam etdirilməsinin vacib olduğunu bəyan edib.
Qeyd edək ki, 1997-ci ildə əldə edilən razılaşmaya əsasən,Şimali və Cənubi Koreya arasında hava hərəkətinə nəzarət mərkəzləriüçün birbaşa əlaqə yaradılıb. İki ölkə arasında birbaşa uçuşlarolmasa da, hər gün səhər saat 7-də bu rabitə kanalı yoxlanılır.Lakin Şimali Koreya 2023-cü ilin aprelindən etibarən koreyalararasıvə hərbi rabitə kanalları vasitəsilə Cənubi Koreyanın gündəlikzənglərinə cavab vermir.