AZ

Coca-Cola plastik butulkalarda içki istehsalını artırmağı planlaşdırır

Bakı. Trend:

ABŞ-nin içki istehsalçısı Coca-Cola, alüminium qiymətlərininartmağa davam edəcəyi təqdirdə, plastik butulkalarda içkiistehsalını genişləndirə biləcəyini açıqlayıb.

Trend xəbər verirki, bu barədə The Guardian məlumat yayıb.

Şirkətin baş direktoru Ceyms Kuinsi bildirib ki, Coca-Colabankalar üçün alüminiumu Kanadadan alır və qiymət artımınıkompensasiya etmək üçün alternativ həll yolları axtarmağaməcburdur. Onun sözlərinə görə, alüminium qutuların bahalaşmasıhalında, diqqət plastik butulkalarda istehsala yönəldiləcək.

"Məsələn, alüminium qutular bahalaşarsa, plastik şüşələrə dahaçox diqqət yetirə bilərik", – deyə Kuinsi vurğulayıb.

Bununla yanaşı, o, qablaşdırma xərclərinin ümumi xərclərinyalnız kiçik bir hissəsini təşkil etdiyini qeyd edərək, tariflərinşirkətin biznesinə ciddi təsir göstərməyəcəyini bildirib. Ovurğulayıb ki, alüminiumun qiyməti 25% artsa belə, bu,Coca-Cola-nın çoxmilyardlıq yerli istehsalında köklü dəyişikliklərəsəbəb olmayacaq, çünki qablaşdırma ümumi xərclərin yalnız kiçik birhissəsini təşkil edir.

Seçilən
25
1
az.trend.az

2Mənbələr