ABŞ hakimiyyəti Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi enerji resurslarının qiymətlərini azaltmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset “Ramştayn” formatında keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu, çox güman ki, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa vadar edəcək.