Ankara Əlil Dövlət Kadrları Seçmə İmtahanın (EKPSS) nəticələrinə əsasən dövlət qulluqçusu olmaq hüququ qazanan 1830 əlil vətəndaşın təyinatı həyata keçirilib.
News24.az bildirir ki, Ailə və Sosial Xidmətlər Nazirliyində keçirilən mərasimə əlil məmur namizədləri, nazirlik personalı və çox sayda qonaq qatılıb.
Mərasimdə dövlət vəzifələrinə təyin olunmaq hüququ olan əlil vətəndaşların siyahısı ekrana proyeksiya edilib. Daha sonra notariusun iştirakı ilə keçirilən püşkatma yolu ilə dövlət sektoruna təyin edilmiş 1830 əlil vətəndaşın vəzifələri açıqlanıb.
Zəhraxanım Şeydayeva