AZ

Panama paytaxtında etirazçılarla polis arasında toqquşma olub

Panamada polis sosial təminat islahatlarından və pensiya yaşının artırılmasından narazı olan tələbələr, eyni zamanda həmkarlar ittifaqları ilə toqquşub...

Poliqon xəbər verir ki, barədə RİA Novosti məlumat yayıb.

Tələbələr ölkə paytaxtının ən böyük prospektlərindən biri olan Simon Bolivar prospektini daş və dağıntılarla bağlamağa çalışıblar. Ağır polis qüvvələri etirazçılara qaz qumbaraları atıb və 15 dəqiqə ərzində Bolivar prospektini təmizləyib.

Ölkənin paytaxtında etirazlar bir neçə saatdır davam edir. Balboa prospektində həmkarlar ittifaqı etirazçıları tikilməkdə olan xəstəxana binasını zəbt ediblər. Şiddətli toqquşmalarda azı 15 polis əməkdaşı yaralanıb, azı 300 nəfər saxlanılıb. Respublika prezidenti Xose Raul Mulino xəstəxana binasının nümayişçilər tərəfindən zəbt edilməsini kəskin şəkildə pisləyib.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr