AZ

2024-2025-ci tədris tədris ilinin qış imtahan sessiyası uğurla BAŞA ÇATDI

Cəmiyyətin çox mühüm tərkib elementi olan təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. XXI əsrin əvvəllərində şəxsiyyətyönünlü, nəticə yönümlü; tədris-təlim prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisidir. Təhsildə keyfiyyət dedikdə onun qarşısında qoyulan məqsədə hansı səviyyədə nail olunması başa düşülməlidir. Başqa sözlə, təlim- tərbiyə prosesində keyfıyyət, təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir. 

2024-2025-ci tədris ilinin qiş imtahan sessiyasında tələbələrimizin uğurla iştirak etmələri üçün Azərbaycan Dövlət Pedaoji Universitetinin rektoru professor Cəfər Cəfərovun, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun, Tədris departamentinin müdiri dosent Sənan Əliyevin, İmtahan və monitorinq, qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımovun umtahanların keçrilməs zamanı şəffaflığın təmin olunması, tələbələr üçün məsləhət saatlarının keçirilməsi , şəhid ailələrinə, qazilərə ,müharibə veteranlarına diqqət və qayğı göstərilməsi tövsiyələri fakültə rəhbəriliyi, kafedraların professor müəllim heyəti, dekanlığın əməkdaşları tərəfindən diqqətdə saxlanılmışdır.

     Müasir şəraitdə peşəkar mütəxəssislərin hazırlığı bütövlükdə cəmiyyətin və əmək bazarının, xüsusi halda isə təkcə ona verilmiş informasiyalar əsasında deklorativ xarakterli biliklərin formalaşdırılmasını deyil, həm də sosial və peşəkar əhatə ilə qarşılıqlı təsirlərə dair bacarıq, vərdiş və səriştəlilik formalaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır. Yeniliklərin tədris prosesinə gətirilməsi təmin edilməli, müəllimlərin peşəkarlığı daima yüksəldilməli, pedaqoji səriştəliliyə dair ehtiyacların vaxtında ödənilməsi üçün şərait yaradılmalıdır.ADPU-nun İncəsənət və Fiziki tərbiyə fakültəsındə QIŞ imtahan sessiyasının kecirilməsi üçün lazımi hazırlıq işləri aparılmışdır. Fakültə dekanı Sos.ü.f.dok.Anar Fərmayılovun rəhbərliyi altında kafedraların professor müəllim heyəti, bütün personal imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün səylə çalışmışlar. Təbii imtahanlar zamanı tələbələrin uğurları fakültənin, fakültələrin uğurları Universitetdə tədrisin keyfiyyətinin əsas göstəricisi olduğundan daim diqqətə saxlanılır!

Tələbələrimiz Fakültənin İncəsənət müəllimliyi ixtisası üzrə: - Rəsm-1, Rəsm-3, Rəngkarlıq-1, Rəngkarlıq-3, Akademik rəsm. Dekorativ tətbiqi sənət, Heykəltaraşlıq fənnlərindən;Musiqi müəllimliyi ixtisası üzrə :- Əlavə musiqi aləti, Dirijorluq-2, Vokal ansamblı, Xor sinfi-1, Xor sinfi-3 fənnindən imtahan veriblər.  

2024-2025-ci tədris ilinin qış imtahan sessiyasında İncəsənət və  Fiziki tərbiyyə fakültəsində xüsusi qabiliyyət tələb edən fənnlər üzrə  imtahanlarda:

-I kursda        12 imtahanda 155 tələbə;

 -II kursda     13 imtahanda 148 nəfər; 

-III               13 imtahanda 145;

- IV kursda    11 imtahanda 144  nəfər tələbə iştirak etmişdir.

 Qış İmtahan sessiyası uğurla başa çatmışdır.

   Zülfiyyə Vəliyeva ADPU-ETM-nin elmi işçisi , Respublikanın əməkdar müəllimi

    Fakültə üzrə koordinator rəhbər 

TehsilForumu.Az

Seçilən
23
tehsilforumu.az

1Mənbələr