ABŞ Dövlət Departamenti rusiyalı Aleksandr Vinnikin Amerika həbsxanasından azad olunduğunu təsdiqləyib...
Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə onun fransalı vəkili Frederik Belot məlumat verib.
“Mən Dövlət Departamentindən təsdiq almışam. O, sərbəst buraxılıb”, agentliyin mənbəsi bildirib.
Vəkil qeyd edib ki, müvəkkili hazırda xüsusi zonadadır və transferi gözləyir. Müdafiə tərəfi onun hansı marşrutla gedəcəyini və hansı ölkədən uçacağını dəqiq bilmir.
Poliqon.info