Bakı. Trend:
"Leypziq"in müdafiəçisi Kastello Lyukeba karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.
Trend xəbər verirki, "Mançester Yunayted" fransalı futbolçunu heyətinə qatmaqniyyətindədir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
İngiltərə nəhəngi 23 yaşlı müdafiəçini yayda transfer etməyiplanlaşdırır. Lyukebanın sərbəstqalma məbləği 75 milyon avrodur və"Mançester Yunayted" bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, "Leypziq" Lyukebanı 2023-cü ilin avqustunda"Lion"dan transfer edib. Fransa U-23 millisinin üzvü bu mövsümBundesliqada 18 rəsmi matçda meydana çıxıb. Onun klubu iləmüqaviləsi 2029-cu ilin yayına qədərdir.