Bakı. Trend:
Türkiyə 2024-cü ilin sonuna qədər 1,3 milyard kubmetrTürkmənistan qazını alaraq yerli istehlakçılara təqdim edəcək.
Trend xəbər verirki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri AlparslanBayraktar bəyan edib.
Nazirin sözlərinə görə, Ankara uzun illərdir Türkmənistandan qaztədarük etməyə çalışır. “Bu məsələ hələ 1998-ci ildə gündəməgətirilib, lakin indiyə qədər heç bir kubmetr də qaz alabilməmişik. Ümid edirəm ki, martın 1-dən etibarən bu problemhəllini tapacaq”, - deyə o vurğulayıb.
A.Bayraktar əlavə edib ki, Türkiyə enerji mənbələrinişaxələndirmək məqsədilə daha çox ölkədən qaz almağı planlaşdırır.Türkmənistanla imzalanan saziş bu strategiyanın bir hissəsidir. O,həmçinin Türkiyənin müxtəlif ölkələrdən maye qaz tədarük etdiyinixatırladıb.
Türkiyə nazirinin sözlərinə görə, Ankara ilk dəfə olaraq,Türkiyə ilə həmsərhəd olmayan bir ölkədən boru kəməri vasitəsiləqaz idxal edəcək.
Nazir Türkmənistan qazının svop razılaşması çərçivəsində İrananəql ediləcəyini, Türkiyənin isə həmin qazı İranla sərhəddəyerləşən “Gürbulak” keçid məntəqəsindən qəbul edəcəyinibildirib.
Bundan əlavə, Bayraktar Türkmənistandan qaz tədarükününartırılmasına imkan yaradacaq Trans-Xəzər boru kəmərinin inşasınabaşlanacağına ümid etdiyini qeyd edib.