Bakı. Trend:
İsveç hökuməti və İsveç Demokratları partiyası Erebruda başvermiş kütləvi atışmadan sonra ibtidai, orta və böyüklər üçünnəzərdə tutulmuş məktəblərdə təhlükəsizlik tədbirləriningücləndirilməsinə dair yeni təkliflər irəli sürüb.
Trend xəbər verirki, təklif olunan dəyişikliklər arasında məktəb heyətinəşagirdlərin çantalarını yoxlama icazəsinin verilməsi, təhsilmüəssisələrinə girişə nəzarətin gücləndirilməsi və video müşahidəsisteminin genişləndirilməsi yer alır.
Hökumətin planına əsasən, məktəblərə girişə nəzarət hər təhsilmüəssisəsində fərqli şəkildə həyata keçiriləcək. Təhsil naziriYoxan Personun sözlərinə görə, bu sistem açar, kod və girişkartları vasitəsilə tənzimlənə bilər. O, həmçinin məktəblərinyanğın zamanı aparılan təxliyə sınaqları kimi, bina daxilindəsığınacaq tapmaq üzrə mütəmadi təlimlər keçməli olduğunuvurğulayıb.
Bundan əlavə, bütün məktəb və uşaq bağçalarından fövqəladəvəziyyət halları üçün xüsusi fəaliyyət planı hazırlamaq tələbolunacaq. Məktəb direktorları isə təhsil müəssisəsi ərazisində başverən cinayətlərlə bağlı polisə məlumat verməyə məcburolacaqlar.
Məktəblərdə təhlükəsizliklə bağlı araşdırmalara rəhbərlik edənYonas Trolle bildirib ki, Erebru faciəsində olduğu kimi, odlusilahla hücum edən cinayətkarın qarşısını almaq çətindir. Lakinədliyyə naziri Qunnar Strömer bu cür silahlı hücumların qarşısınıalmaq üçün yeni tədbirlərin hazırlandığını qeyd edib.
Parlamentdə bu təkliflərə sürətli baxılması gözlənilir və yenitəhlükəsizlik qaydalarının iyulun 1-dən qüvvəyə minməsiplanlaşdırılır.