1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağ Ev Birləşmiş Ştatların Prezidenti Donald Trampın ziyarətçiləri barədə məlumat dərc etməyi dayandıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Washington Examiner" nəşri D.Tramp Administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.
"Ağ Ev Donald Trampın ikinci prezidentlik müddətində ziyarətçilər barədə hesabatları dərc etməyəcək", - deyə mənbə bildirib.
Bununla da Amerika lideri birinci prezidentlik müddətindəki praktikaya qayıdıb.