Bakı. Trend:
İnsanların daha çox üz tutduğu dərman növündən biriağrıkəsicilərdir. Elə adam yoxdur ki, həyatının müxtəlifdönəmlərində hansısa ağrıkəsicilərdən istifadə etməsin. Bunuhəftədə, ayda bir dəfə qəbul edənlər də var, mütəmadi qəbul edənlərdə. Bəzən həkim təyinatı ilə yazılan ağrıkəsicilərlə yanaşı,əczaçılar tərəfindən məsləhət görülən, həkim nəzarəti olmadanistifadə edilən ağrıkəsici dərmanlar da olur. Təəssüf ki, günümüzdənəzarətsiz, təyinatsız ağrıkəsici istifadə edənlər də çoxdur.
Nəzarət və təyinat olmadan qəbul edilən buağrıkəsicilərin orqanizmə hansı mənfi təsirləri olur?
Mövzu ilə bağlı Trend-ə danışan qastroenteroloq AynurəMəmmədova bildirib ki, praktikada çox sayda insanınnəzarətsiz şəkildə ağrıkəsicilər qəbul etdiyi görünür:
“Ağrıkəsicilərin ağrı kəsməklə yanaşı, iltahabəleyhinə vətemperatur salıcı xüsusiyyətləri var. Ona görə də insanlarnəzarətsiz şəkildə, ehtiyac olan zaman ağrıkəsiciləri qəbul edirlərvə nəticədə, həmin dərmanların əlavə təsirlərini də hiss edirlər.Əlavə təsirlər içərisində, əsasən, mədə-bağırsaq sistemi üzərindəqastrit, eroziya, yaraların yaranması, hətta mədə-bağırsaqqanaxması, qaraciyər, böyrək zədələnmələrini görə bilirik, eləcədə, böyrək, qaraciyər çatışmazlıqlarına qədər gətirib çıxarabilir.
Mədə xəstəlikləri olan, reflüks, qastrit, xora, qaraciyərxəstəlikləri olan insanlar, yaşlılar, ağrıkəsicilər qəbul etməkdərisk qrupundadır. Bu xəstələrdə mədə-bağırsağın ciddi zədələnməsivə qanaxmaların olmasına, hətta həyati təhlükənin yaranmasına səbəbola bilir. Buna görə də insanlar ağrıkəsicilər qəbul edərkəndiqqətli olmalıdır. Ağrılar olan zaman öncə həkimə müraciət etməli,ağrının səbəbi müəyyənləşməli və ona uyğun həkim tərəfindən müalicətəyin edilməlidir”.
Həkim ağrıkəsici qəbul etmək məcburiyyəti qarşısında qalarkən,həkiməqədər yardımdan söz açıb.
“Ağrıkəsici qəbul etmək məcburiyyətində olunursa, bu zamanağrıkəsicini mütləq toxqarına, bol su ilə qəbul etmək lazımdır.İlkin olaraq yüngül, əlavə təsirləri az olan ağrıkəsici preparatseçilməlidir. Əgər ağrıkəsici dərmanın tərkibi güclüdürsə, həmininsan mütləq mədəqoruyucu tablet qəbul etməlidir. Xronikxəstəlikləri olan, uzun müddət ağrıkəsici qəbul etməkməcburiyyətində olan xəstələr mütləq mədə endoskopiyası olmalı,helikobakter pilori tərəfindən araşdırılmalıdır. Əgər xəstəninmədəsində helikobakter pilori varsa, bu, ağrıkəsicilərin əlavətəsirlərinin meydana çıxmasına, xüsusilə mədə-bağırsaq xoralarınınyaranmasına, qanaxma riskinin artmasına səbəb ola bilir”, - deyəhəkim əlavə edib.
Kliniki Tibbi Mərkəzin terapiya şöbəsinin həkim-terapevtiKönül Bənənyarskaya Trend-ə bildiribki, ağrıkəsici dərmanlar, elmi dildə analgetiklər təsir qrupunagörə iki yerə bölünür:
“Bu qruplar narkotik ağrıkəsicilər və qeyri-narkotikağrıkəsicilərdir. Güclü analgeziya xüsusiyyətlərinə malik olannarkotik ağrıkəsicilər travmalarda, cərrahi əməliyyatlarda,yaralanmalarda, şiddətli ağrı ilə müşayiət olunan xəstəliklərdəistifadə olunur.
Qeyri-narkotik ağrıkəsicilər əzələ ağrıları, sinir ağrıları,oynaq, baş və ya diş ağrıları zamanı istifadə edilir. Budərmanların həm də qızdırmasalıcı effekti var. Yüksək hərarətlixəstələrdə iltihabəleyhinə təsir göstərir. Narkotikağrıkəsicilərdən fərqli olaraq, qeyri-narkotik analgetiklərin birmüsbət cəhəti də var ki, bunlar mərkəzi sinir sistemində tənəffüsmərkəzinə və öskürək mərkəzinə təsir etmir. Gündəlik praktikamızdarast gəldiyimiz ağrıkəsicilərə aspirini, analgini, parasetamolumisal göstərmək olar. Bu ağrıkəsicilərdən biz gündəlik həyatda dahaçox istifadə edirik. Qeyri-narkotik ağrıkəsicilərdən gündəlik tibbipraktikalarda da geniş istifadə olunur. Onlar nəinki sinir,revmatoloji ağrıları aradan götürür, həm də hərarətsalıcı effektgöstərir”.
Həkim qeyd edib ki, bütün dərmanlarda olduğu kimi,ağrıkəsicilərin də qəbulu zamanı bu preparatlara qarşı göstəriş,əks-göstəriş mövcuddur.
“Mütəmadi qəbul edilən ağrıkəsicilərin ilk olaraq mədə vəonikibarmaq bağırsağın xora xəstəliyi, eyni zamanda, görməsinirinin xəstəlikləri kimi əks göstərişləri var.
Parasetamol çox geniş istifadə olunan preparatdır. Əksərdərmanların da tərkibinə kombin şəklində daxil olur. Parasetamolunuzun müddət nəzarətsiz qəbulu qaraciyər və böyrəyə toksik təsirgöstərir.
İbuprofen tərkibli ağrıkəsici dərmanlar satışda ən çox nurafenadı ilə məşhurdur. Bu daha çox körpələrə təyin olunan preparatdır.İbuprofen tərkibli dərmanların mədə-bağırsaq sistemində olanağırlaşmalar, xroniki böyrək və qaraciyər xəstəliyi zamanıistifadəsi əks göstərişdir.
Ümumi olaraq ağrıkəsici dərmanlara əks göstərişlər, əsasən,hamiləlik, südvermə dövrüdür ki, xüsusi ehtiyatla yanaşmaqlazımdır. Əlavə olaraq aspirin tərkibli dərmanlardan mütəmadiistifadə bronxial astmanın yaranmasına səbəb olur.
Belə bir qənaətə gəlmək olar ki, ağrıkəsicilər mütləq şəkildəhəkim tərəfindən təyin olunmalıdır. Ağrıkəsicilər özbaşına təyinolunmamalıdır, əczaxanaya müraciət edərkən əczaçı tərəfindən təyinedilməməlidir.
Ən əsası, daha çox ziyanla qarşılaşmamaq üçün ağrıkəsicilərdənistifadə zamanı mədəqoruyucu preparatlardan da istifadə etməkmütləqdir”,- deyə o əlavə edib.
Hepatoloq-qastroenteroloq Türkan Alyarova isəöz növbəsində Trend-ə bildirib ki, ağrıkəsicilər, xüsusən də dahaçox istifadə etdiyimiz aspirin, diklofenak, ibuprofen həzmsisteminə mənfi təsir göstərə bilir:
“Birinci növbədə bu ağrıkəsicilər mədənin selikli qişasınıqıcıqlandıra, orada iltihabın yaranmasına səbəb ola bilər. Bu daepoqastral bölgədə, yəni göbəyin üst tərəfində yanmalara, ağrılaragətirib çıxarar. Mədədə göynəmə, yanma, qıcqırma kimi simptomlarlaüzləşə bilərlər. Ağrıkəsicilərin uzun müddət və yüksək dozadaqəbulu, xüsusilə də həkim nəzarəti olmadan özbaşına şəkildə qəbulolunması bu dərmanların mədənin selikli qışasını zəiflədərək, həminbölgədə mədə xorasının yaranma riskini artırır.
Bunun qarşısı alınmadıqda isə daha irəli dönəmlərdə xora, mədəqanaxmaları baş verə bilir. Bu zaman xəstələrdə kəskin şəkildə mədəağrıları yaranır, qusuntu qanlı olur və bu zaman xəstə qanitirdiyinə görə baş ağrısı, baş gicəllənməsi kimi hallar özünügöstərir. Eyni zamanda, ağrıkəsici qəbul edən şəxsdə reflüksxəstəliyi və ya mədə yırtığı varsa, bu, xəstələrin simptomlarınıdaha da ağırlaşdıra bilər.
Əsasən, gecə saatlarında qəbul edilən ağrıkəsicilər yatarkənmədədə yanma və qıcqırma hissini kəskin şəkildə artırdığı üçünşikayətlər daha da artmış olur. Ağrıkəsicilərin ziyanlarını aşağısəviyyəyə endirmək üçün mütləq onları yeməkdən sonra, toxqarınaqəbul etmək lazımdır, acqarnına qəbulu tövsiyə olunmur.
Eyni zamanda, diqqət etmək lazımdır ki, dərman bol su ilə qəbuledilsin. Hansısa ağrıkəsicini uzun müddət qəbul etməkməcburiyyətində qaldıqda, məsləhət görürəm ki, mütləq şəkildəəvvəlcə qastroenteroloq qəbulunda olunsun. Mədə müayinə edilsin,əgər heç bir problem yoxdursa, həkim nəzarətində ağrıkəsicilərqəbul olunsun. Yox, əgər bir problem varsa, mədə əvvəlcə müalicəolunmalıdır, daha sonra ağrıkəsiciləri qəbul etmək olar.Ağrıkəsiciləri mümkün qədər qısamüddətli və aşağı dozada qəbuletmək məsləhətdir”,- deyə həkim vurğulayıb.