AZ

Daha bir təyyarə qəzası: İki pilot...

ABŞ-ın Kaliforniya ştatında Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler tipli döyüş təyyarəsi San Dieqo körfəzinə düşüb. 

News24.az xəbər verir ki, təyyarədə olan iki pilot qəzadan əvvəl özlərini yerə ataraq xilas olublar.

ABŞ Sahil Mühafizəsi pilotların suya düşdükdən cəmi bir dəqiqə sonra xilas edildiyini, balıqçı gəmisinin pilotları sudan çıxararaq ABŞ Gömrük və Sərhəd Mühafizəsi Hava və Dəniz Əməliyyatlarına aid bir gəmiyə daşıdığını bildirib.

Onu da qeyd edək ki, qəzanın səbəbi hələ müəyyən edilməsə də, araşdırmalar davam edir.

Günel Məlikzadə

Seçilən
11
news24.az

1Mənbələr