Amerikalı milyarder İlon Maska ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə başlamasından sonra Ağ Evin ərazisində yerləşən Eyzenhauer Binasında ofis verilib.
Modern.az xəbər verir ki, bu barədə iş adamına yaxın iki mənbə "People" nəşrinə bildirib.
Mənbələr deyir ki, işlər çox olduğu üçün 53 yaşlı Mask ofisdəki “divanda, bəzən də döşəmədə yatmağa” başlayıb .
Mask bildirib ki, qarşıdakı dörd ay ərzində DOGE-nin rəhbəri hökumət büdcəsini 2 trilyon dollar azaltmaq niyyətindədir və onun fikrincə, bu, inflyasiyanın 2%-ə qədər azalmasına gətirib çıxarmalıdır.
“The Times” qəzeti yanvarın 28-də yazıb ki, İlon Mask birbaşa Ağ Evdə məskunlaşmaq istəyir, lakin prezidentin aparat rəhbəri Syuzi Uayls onu Eyzenhauerin kabinetində yerləşdirib.