AZ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ukrayna Ticarət Evi”nə 4 milyon ödəyəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ukrayna Ticarət Evi” MMC-yə ümumilikdə 4 milyon manat ödəyəcək.

 

Pravda.az-ın xəbərinə görə, MMC Komitənin elan etdiyi iki tenderin qalibi olub.

 

Bunlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin (2 515 760 AZN) və Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləridir (1 522 200 AZN).

 

Cabir Həsənov

Tarix: 13 Fevral 2025, 08:20   
Seçilən
19
1
pravda.az

2Mənbələr