Bakı. Trend:
Kuba Xarici İşlər Nazirliyi USAID-in (ABŞ-nin Beynəlxalq İnkişafAgentliyi) konstitusiya quruluşunu sarsıtmaq üçün uzun müddət pərdəolduğunu bildirib.
Trend xəbər verirki, bu barədə Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri BrunoRodriqes Parrilla özünün teleqram kanalında açıqlama verib.
Nazir, USAID-in 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuniəməliyyatları həyata keçirmək üçün 6 milyon dollardan çox istifadəetdiyini bildirib. 2001-ci ildən 2006-cı ilə qədər isə agentlik,Kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fəaliyyətə 61milyon dollar ayrıldığını vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasıfevralın 3-də USAID-in fəaliyyətini dayandırıb.