ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəni həll etmək istəyinə əmin olduğunu bildirib.
"Mən böyük əminliklə deyə bilərəm ki, Putin Ukrayna münaqişəsinin bitməsini istəyir”, - deyə Tramp ABŞ Milli Kəşfiyyatının yeni direktoru kimi Tulsi Qabbard and içdikdən sonra Ağ Evdə jurnalistlərə bildirib: “O, bunun bitməsini və altı ay sonra döyüşlərin yenidən başlamasını istəmir”, – Amerika lideri əlavə edib.
"Biz çalışacağıq ki, buna tez bir zamanda son qoyaq. Bu, dəhşətli vəziyyətdir”, - deyə Tramp vurğulayıb.
Cavid