Belarus hakimiyyəti bir ABŞ vətəndaşı da daxil olmaqla üç məhbusu əfv edib. Bu barədə CNN telekanalı girovların işi üzrə xüsusi elçi Adam Byelərə istinadən məlumat yayıb.
"Biz Belarusda üç məhbusla əlaqə saxladıq", - Byeler deyib.
Xüsusi nümayəndə azad edilmiş ABŞ vətəndaşının adını açıqlamayıb.
2020-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edərək həbs olunanlar arasında ABŞ vətəndaşları da var.
2024-cü il dekabrın sonunda Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bəyan etdi ki, Rusiya və Amerika tərəfləri məhbus mübadiləsi məsələsində əlaqə kanalını saxlayırlar.
Həmçinin Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya Qərblə növbəti məhbus mübadiləsini nəzərdən keçirməyə hazırdır. Diplomatın sözlərinə görə, bu cür sövdələşmələr Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasına töhfə verir.
Əziz Mustafa, Oxuməni.az