Ötən ilin yayında “Zirə”dən ayrılan Dimitrios Çantakias yeni klubla anlaşıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycandan gedəndən sonra Yunanıstanda “Panserraikos”a keçən 30 yaşlı müdafiəçi bundan sonra "Lamia”da çıxış edəcək.
O, yeni klubu ilə bu ilin iyununa qədər müqavilə bağlayıb. Bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Çantakias 2020-2024-cü illərdə "Zirə"dəçıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub.