AZ

Səhər yeməyində bunları yeməyin- XƏBƏRDARLIQ

Səhər yeməyi günün ən vacib qidasıdır və sağlamlığa ciddi təsiri göstərir. Buna görə də səhər süfrəsində yeyilən qidaların düzgün seçilməsi vacibdir. AzPost bildirir ki, mütəxəssislər bəzi qida maddələrinin səhər saatlarında istehlak edilməsinin ziyanlı olacağını qeyd edir.

İlk növbədə, çox şəkərli məhsullardan uzaq durmaq məsləhətdir. Şəkərli taxıllar, şokoladlı yağ ​​və süni şirinləşdiricilər qanda şəkərin yüksəlməsinə səbəb olur. Bu, qısa müddətə enerji versə də, ardınca gələn yorğunluq və aclıq sizə zərər verəcək.

Səhər acqarına turşuluğu yüksək olan qidalar, sitrus meyvələri və qazlı içkilər məsləhət görülmür. Bu cür məhsullar mədə selikli qişasını qıcıqlandıra və həzm problemlərinə yol aç

Bəzi insanlar səhər yeməyində qızardılmış və yağlı qidalara üstünlük verirlər. Lakin çox yağlı ağır yeməklər mədə- və yemək yük salır və gün ərzində ağırlıq hissi yaradır. Xüsusilə kolbasa və sosiska kimi emal edilmiş məhsulları tərkibində olan konservantlar və süni maddələrə görə səhər saatlarında istehlak etməmək lazımdır.

Həmçinin, acqarına tərkibində nişasta və maya olan xəmir məhsullarını çox yemək qeyri-sabitliyə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Mütəxəssislər səhər yeməyində daha çox zülal olan qidaları qəbul etməyi tövsiyə edir. Məsələn, yumurta, pendir, kəsmik, yulaf və təzə tərəvəzlər günə sağlam başlamaq üçün idealdır. Bununla yanaşı, gün ərzində enerji balansını idarə etmək üçün faydalıdır.

Sağlam səhər yeməyi düzgün seçimlə başlayır. Gün ərzində daha çox enerji və aktiv olmaq üçün yemək vərdişlərinə diqqət yetirmək lazımdır.

Seçilən
15
azpost.info

1Mənbələr