AZ

Çempionlar Liqası: “Milan”dan gözlənilməz nəticə, “Bavariya” gözləntiləri doğrultdu

Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları başa çatıb.

Heftelik.az-ın Apasport-a istinadən verdiyi məlumata görə,  günün ilk matçında “Brügge” evdə “Atalanta”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada sevinən tərəf ev sahibləri olub.

“Brügge” doğma meydanda 2:1 hesab ilə qələbə qazanıb.

Turun digər oyununda isə, “Milan” səfərdə “Feyenord”a qarşı minimalhesablı məğlubiyyətə düçar olub – 0:1.

“Benfika” və “Bavariya” isə ev sahiblərini ilk matçlarını qalibiyyətlə başa vura biliblər.

Portuqallar “Monako”nu 1:0, almanlar isə “Seltik”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun

12 fevral

21:45. “Brügge” – “Atalanta” 2:1

00:00. “Feyenord” – “Milan” 1:0

00:00. “Monako” – “Benfika” 0:1

00:00. “Seltik” – “Bavariya” 1:2

Seçilən
34
3
heftelik.az

10Mənbələr