AZ

Kəlbəcərdə qəza törədən sürücüyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Rami İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 2024-cü ilin sentyabrın 1-i səhər saat 5 radələrində Ağdərə-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayonu Kəndyeri kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Rami İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil aşıb. Nəticədə Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübahrək Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

 

Kamal Məmmədov

 

Tarix: 13 Fevral 2025, 09:15   
Seçilən
12
pravda.az

1Mənbələr