"Liverpul"un hücumçusu Mohamed Salah İngiltərə Premyer Liqasında növbəti dəfə bir oyunda həm qol vurub, həm də qol ötürməsi verib.
Offsideplus.az xəbər verir ki, misirli futbolçu "Everton"la səfər görüşündə (2:2) fərqlənib. Beləliklə, Salah 2017-ci ildən formasını geyindiyi "Liverpul"da 40-cı dəfə "qol+qol ötürməsi" göstəricisini reallaşdırmağı bacarıb.
Eyni zamanda, cari mövsümdə 22-ci qolunu vuran Salah Premyer Liqanın bombardirləri yarışında ən yaxın izləyicindən də bir qədər uzaqlaşıb. Onu "Mançester Siti"nin hücumçusu Erlinq Holand izləyir - 19 qol.