Bakı. Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edənGəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkumolunmuş Ruslan Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,ondan 4 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub.Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisindəsatışını təşkil etməyi planlaşdırıb.
Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiriseçilib, araşdırmalar davam etdirilir.