Rusiya və Ukrayna arasında gedən müharibənin üç ili tamam olmasına sayılı günlər qalır. ABŞ-ın keçmiş prezidenti Co Baydenin dönəmində başlayan müharibə, Rusiyanı tükətib müflis vəziyyətə düşürüb, desək yanılmarıq. Tramp, əslində tükənmiş Rusiya üçün Baydenə minnətdar olmalıdır.Çünki, qarşısında heç də üç il bundan əvvəlki Rusiya və Putin yoxdur. Putinlə danışıqlar prosesi, indiki vəziyyətdə hazır halvaya bənzəyir.Əslində isə Tramp o halvanı udmaqdan belə ehtiyyat edir.Lakin özünü o yerə qoymur.Bu gün hər iki ölkə başçısının telefon görüşməsi baş tutub. Təşəbbüs Trampa aiddir və telefon görüşməsi iki saat davam edib. Dünyanın gündəminə düşən iki lider arasında bu telefon görüşməsində əsas hansı məsələlər müzakirə olunub və hansı razılıq əldə olunub, demək hələlik bir az tezdir. Amma,müharibənin sona çatması əlbətdəki ilk növbədə Putinə lazımdır. Amma, görürük ki, bu istiqamətdə təklif Trampdan gəldi.
Çingiz Şahbazi, siyasi ekspert