Ağ Ev Fransada əvvəllər məhkum olunmuş və ABŞ-da çirkli pulların yuyulmasında ittiham olunaraq hökmün çıxarılacağını gözləyən rusiyalı Aleksandr Vinnikin azad edilərək Rusiyaya təhvil veriləcəyini təsdiqləyib.
Herbiand.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib:
"Biz təsdiqlədik ki, Rusiya Aleksandr Vinniki tezliklə evinə aparacaq. O, zorakı cinayət törətməyib... və qanunsuz əməllərindən əldə etdiyi 100 milyon dolları müsadirə edib".
Aleksandr Vinnik Yunanıstanda ABŞ-ın xahişi ilə həbs edilib. ABŞ onu kriptovalyuta birjası vasitəsilə 4 milyard dollardan 9 milyard dollara qədər pulların yuyulmasında və Yaponiyanın Mt. Gox. birjasının sındırılmasında iştirakda ittiham edib.
2017-ci ildə fəaliyyəti dayandırılan Kriptovalyuta birjası ABŞ Ədliyyə Departamenti tərəfindən "dünyadakı kibercinayətkarların qanunsuz fəaliyyətlərindən əldə edilən cinayət gəlirlərini köçürdüyü, yuyulduğu və saxladığı" platformalardan biri kimi qəbul edilirdi.