“Cəbrayil, Qubadli və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” ilə "SSAL-2" MMC arasında müqavilə bağlanıb.
Valyuta.az xəbər verir ki, müqavilə Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (qaz, su, elektrik ve zəif axın) işlərinin görülməsi ilə bağlıdır.
Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 11 milyon 207 min 687 manatdır.
Qeyd edək ki, 2 min 663 manat vergi borcu olan MMC-nin qanuni təmsilçisi Seyidov Mirsədi Mirməmməd oğludur. Şirkət 2013-cü il yanvar tarixində dövlət qeydiyyatına alınıb.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.