AZ

Supermarketdə dəhşət: Telefon qadının cibində PARTLADI – ANBAAN VİDEO

Braziliyanın Qoias şəhərindəki supermarketdə qadının arxa cibində yerləşən telefon partlayıb.

Medianews.az “Haberler.com”a istinadən xəbər verir ki, hadisə yanvarın 8-də baş verib.

Qadın birinci və ikinci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hazırda zərərçəkənin müalicə olunduğu bildirilir.

Qadının əri mətbuata açıqlamasında açıqlama verib. O bildirib ki, telefonu bir il əvvəl alıblar və hadisəni məhkəmə orqanlarına çatdıracaqlar.

Təhlükəsizlik kamerasının görüntülərində telefonun partlayıb böyük alova çevrildiyi, qadının təşviş içində qaçdığı, ərinin isə yanğını söndürmək üçün mübarizə apardığı an görünür.

VİDEO: https://www.haberler.com/guncel/brezilya-da-supermarkette-telefon-patlamasi-bir-kadin-yaralandi-18364031-haberi/

Medianews.az

 

Seçilən
11
1
medianews.az

2Mənbələr