"Ukrayna çətin ki, Rusiya tərəfindən işğal olunmuş əraziləri qaytarsın".
Ölkə.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, itirilmiş ərazilərin bir hissəsi geri alına bilər, lakin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çətindir:
"Rusiya çoxlu ərazilər ələ keçirdi, bu torpaq uğrunda vuruşdular və çoxlu əsgərlərini itirdilər. Bir çox insanlar da Ukraynanın torpaqlarını geri qaytara bilməyəcəyini düşünür”, - Tramp deyib.
Həmidə İbrahimova