AZ

Avropa Liqası: Pley-off mərhələsində 8 oyun keçiriləcək

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində səkkiz görüş baş tutacaq.

Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək görüşlərdə "Fənərbağça" klubu "Anderlext"i, "Ferentsvaroş" klubu "Viktoria Plzen"i, "Midtyulland" klubu "Real Sosyedad"ı, "Royal Union" isə "Ayaks"ı qəbul edəcək.

Bakı vaxtı ilə gecəyarısı keçiriləcək görüşlərdə isə "AZ Alkmaar" klubu "Qalatasaray"la, "Portu" klubu "Roma" ilə, PAOK klubu FKSB ilə, "Tvente" isə "Budyo Qlimt"lə qarşılaşacaq.

Qeyd edək ki, cavab görüşləri fevral ayının 20-də keçiriləcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

13 fevral

Saat 21:45, "Fənərbağça" - "Anderlext";

Saat 21:45, "Ferentsvaroş" - "Viktoria Plzen";

Saat 21:45, "Midtyulland" - "Real Sosyedad";

Saat 21:45, "Royal Union" - "Ayaks".

14 fevral

Saat 00:00, "AZ Alkmaar" - "Qalatasaray";

Saat 00:00, "Portu" - "Roma";

Saat 00:00, PAOK - FKSB;

Saat 00:00, "Tvente" - "Budyo Qlimt".

Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr