AZ

Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlanılıb

Bakı. Trend:

İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrində çalışanəməkdaşların əmək şəraitinin yaxşılaşdırılması və kadrresurslarının səmərəli idarə olunması məqsədilə TƏBİB tərəfindənyeni layihənin icrasına başlanılıb.

Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, işçilərin məmnunluq səviyyəsinin artırılmasına vəiş effektivliyinin yüksəldilməsinə hədəflənən “Evimə yaxın iş”layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxilolan tibb müəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətigöstərən tibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərininfaktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibbmüəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı verilir.

"Layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyəxidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərinqeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub.Həmin anket formalarına öz məlumatlarını və istəklərini daxiletməklə əməkdaşlar qeydiyyatdan keçə bilər. Növbəti mərhələdəmüraciətlər TƏBİB tərəfindən dəyərləndirilir və əldə olunannəticəyə dair Bakı Baş Səhiyyə Mərkəzinə müvafiq məlumatlar təqdimedilir.

Bir daha qeyd edək ki, bu cür yeniliklərin məqsədi tibbmüəssisələrində çalışan əməkdaşların vaxtdan səmərəli istifadəetməsinə şərait yaratmaq, iş prosesindəki aktivliyi artırmaq,sosial rifaha təsir etmək, davamiyyəti gücləndirmək və eləcə dəavtomobildən istifadəni azaltmaqla ölkəmizdə həyata keçirilənekoloji tədbirlərə dəstək verməkdir",- deyə məlumatda qeydedilib.

Seçilən
4
42
az.trend.az

10Mənbələr