Kriminal aləmdə tanınmış “qanuni oğru” Vitali Tiflisski il yarımdır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə tabe olan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsində karserdə saxlanılır.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev məlumat verib. Vəkil hesab edir ki, Tiflisski dövlətin və ya digər şəxslərin sifarişi ilə həbsdə saxlanılır.
“İş həddindən artıq prosessual pozuntularla araşdırılaraq məhkəməyə göndərilib. Bizdə şahidin birbaşa ifadəsi var ki, onun cibinə narkotik qoyublar və o, kriminal mühitdə qəbul edilməyən narkotikdir (söhbət “kristal”dan gedir). Yəni açıq-aşkar onu gözdən salmağa çalışıblar. Digər ittiham qanunsuz olaraq odlu silah saxlamaqdır və burada da müstəntiq müdafiəçisiz və tərcüməçisiz gedib, qanunsuzluqla kamerada axtarış aparıb, yalan danışaraq, mahiyyətcə axtarış apardığını izah etməyərək DNT nümunələri götürüb.
Aydındır ki, Ermənistanda bəzi dairələr Vitali Tiflisskinin nüfuzundan qorxurlar və buna görə də onun il yarımdır ki, həbs-qətimkan tədbiri dəyişdirilmədən, xarici aləmlə hər hansı təması istisna olmaqla, karserdə saxlayır”, - vəkil bildirib.