Gürcüstanın Bakuriani və Batumi şəhərlərində keçirilən Yeniyetmələrin Avropa Qış Olimpiya Festivalında fiqurlu konkisürmə yarışlarına start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycanım yeganə təmsilçisi Leyli Axundova da mübarizəyə qoşulub.
O, qısa proqramda bacarığını göstərib. Onun çıxışı 33,84 xalla qiymətləndirilib. Leyli 31 idmançı arasında 28-ci olub. Təmsilçimiz yalnız Lixtenşteyn, Ermənistan, Bosniya və Herseqovinadan olan rəqiblərini geridə qoyub.
Qeyd edək ki, qızların fərdi yarışlarına bu gün keçiriləcək sərbəst proqramla yekun vurulacaq.
İdman.biz