Türk klassik musiqisinin əfsanəvi adlarından olan Bülənt Ərsoyun həyatı kino ekranına gətirilir. Tanınmış sənətkarın həyatından və görünməyən tərəflərindən bəhs edəcək bioqrafiya filmi “Orchestr Content” tərəfindən hazırlanır.
Hafta.az-ın yazdığına görə, filmin ssenarisini daha əvvəl bir çox uğurlu layihələrə imza atan Minə Şəngöz yazıb. Bülənt Ərsoyun bəyəndiyi ssenaridə sənətçinin karyerasından və şəxsi həyatından hissələr təqdim olunacaq. İstehsal qrupu may ayında ilkin hazırlıq mərhələsini başa çatdırmağı qarşısına məqsəd qoyub.
Ərsoyun həyatını kimin canlandıracağı və filmdə hansı aktyorların çəkiləcəyi hələlik bəlli deyil. İstehsalat qrupu bu məsələ üzərində işlərini davam etdirir.
Sənətçi bioqrafiya filmi üçün 2023-cü ildə müqavilə imzalayıb və bu özəl anları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Layihə ilə bağlı yeni detalların yaxın aylarda açıqlanması gözlənilir.