ABŞ-ın Kaliforniya ştatında hərbi təyyarə qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, göyərtəsində iki pilotun olduğu E/A-18 G Growler hərbi təyyarəsi yerli vaxtla səhər saat 10:16 radələrində Şimal Adası Dəniz Hava Stansiyasının yaxınlığında San Dieqo körfəzinə düşüb.
Məlumata görə, təyyarədən sağ-salamat çıxmağı bacaran iki pilot balıqçı qayığı ilə sudan çıxarılıb: "Onlar xəstəxanaya aparılıb, həyatlarına təhlükə yoxdur. Qəzanın səbəbi araşdırılır".
Zülfiyyə Mustafayeav
MİA.AZ