Şotlandiyanın “Seltik” klubunun tribuna azarkeşləri İsrailin Qəzzadakı fəaliyyətlərini qınayan pankart açıb.
Yenisabah.az xəbər verir ki, Çempionlar Liqası çərçivəsində “Bavariya” ilə baş tutan oyunda azarkeşlər “İsrailə qırmızı vərəqə göstər” yazısı olan banner hazırlayıblar.
Seltik Park stadionunda geniş kütlə tərəfindən Fələstin və Livan bayraqları dalğalandırılıb. Şotlandların bir çoxu İsraili terrorçu dövlət sayır.
“Seltik”dən başqa İtaliyanın “Livorno”, Fransanın “Marsel” və İspaniyanın “Sevilya” klublarının azarkeşləri də bir çox matçlarda İsrailə qarşı tənqidi bannerlərlə çıxış edib.
Telegram kanalımız