AZ

Putinlə Tramp arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

"Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi”, - deyə Peskov vurğulayıb.

Tramp son həftələrdə Rusiya Prezidenti ilə danışıq planlarını dəfələrlə bəyan edib. Amerika lideri Ukraynadakı münaqişəyə böyük diqqət yetirib və onun sona çatmasına kömək etmək istəyini bildirib.

Seçilən
2
4
yeniazerbaycan.com

5Mənbələr