ABŞ kəşfiyyatı xəbərdarlıq edir ki, İsrail ilin ortalarına qədər İranın nüvə obyektlərinə qarşı qabaqlayıcı hücuma keçəcək.
Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" kəşfiyyat hesabatlarına istinadla məlumat yayıb.
ABŞ nəşri yazır ki, belə bir hücum İranın nüvə proqramını inkişafdan geri salacaq, həmçinin regionda gərginliyi artıracaq və genişmiqyaslı toqquşma riski yaradacaq.
Qəzet İsrail hökuməti və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məsələ ilə əlaqədar şərh verməkdən imtina etdiyini bildirir.