Türkiyənin Giresun şəhərində sahibsiz it küçədə gəzən qadına hücum edərək onun boğazını dişləyib.
Medianews.az xəbər verir ki, dəhşətli anlar saniyə-saniyə kameralar tərəfindən lentə alınıb.
Kadrlarda itin qəfildən qadının üzərinə atılaraq onun boğazını dişlədiyi görünür. Ətrafdakı vətəndaşların müdaxiləsi ilə xilas edilən qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
VİDEO: https://www.sondakika.com/amp/haber-dehset-anlari-kamerada-basibos-kopek-talihsiz-18364952/
Medianews.az