AZ

HƏMAS İsraillə atəşkəs sazişinin pozulmamasına razılaşıb

Bakı.Trend:

Fələstinin HƏMAS hərəkatı İsraillə bağlanmış atəşkəs rejimi vəəsirlərin azad edilməsi ilə bağlı sazişin qorunub saxlanılması iləbağlı Misirdən olan vasitəçilərlə razılığa gəlib.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, HƏMAS və İsrail arasındakı razılaşma “ilkinformasında olduğu kimi” qorunub saxlanacaq və bunun əvəzində Qəzzabölgəsinə humanitar və yanacaq yardımının göstərilməsinə şəraityaradılacaq.

HƏMAS-ın şənbə günü azad etməli olduğu növbəti 3 İsrailli əsirinadını qarşı tərəfə təqdim edəcəyi təqdirdə, artıq bugündən etibarən(13 fevral) Qəzzaya tədarük bərpa olunacaq.

Fevralın 10-da HƏMAS-ın hərbi nümayəndəsi Əbu Ubeydə, 15fevralda evlərinə qayıtmalı olan növbəti girov qrupunun azadedilməsinin təxirə salındığını bəyan edib.

Fevralın 11-də isə İsrailin baş naziri Benyamin NetanyahuHƏMAS-ın 15 fevral günorta saatlarınadək israilli girovları azadetməyəcəyi təqdirdə Qəzzada intensiv döyüş əməliyyatlarının bərpaolunacağı ilə hədələmişdi.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr