AZ

Bədənin infeksiya ilə mübarizə apardığını göstərən 6 əlamət

Bədənin infeksiya ilə mübarizə apardığını göstərən

Bədənimiz infeksiya ilə mübarizə apararkən müxtəlif əlamətlər göstərə bilər.

Emlakbazari.az

E-saglam.az bu əlamətlərdən altısını təqdim edir:

1. Burun tıxanıqlığı və asqırma: Bu simptomlar, xüsusilə yuxarı tənəffüs yollarının infeksiyaları zamanı tez-tez müşahidə olunur.

2. Boğaz ağrısı: Boğazda ağrı və ya qıcıqlanma hissi, bədənin infeksiyaya reaksiyasının göstəricisi ola bilər.

3. Öskürək: Öskürək, tənəffüs yollarının infeksiyalarında bədənin müdafiə mexanizmi kimi ortaya çıxır.

4. Yorğunluq: İnfeksiya ilə mübarizə aparan orqanizm əlavə enerji sərf etdiyi üçün insan özünü yorğun hiss edə bilər.

5. Şişmiş limfa düyünləri: Limfa düyünlərinin şişməsi, bədənin infeksiyaya qarşı immun reaksiyasını göstərir.

6. Qızdırma: Bədən temperaturunun yüksəlməsi, immun sistemin infeksiya ilə mübarizə apardığını göstərən ümumi bir əlamətdir.

Əgər bu əlamətlərdən biri və ya bir neçəsi iki həftədən çox davam edərsə, limfa düyünləri sərt və ya hərəkətsiz olarsa, ağrı varsa və ya səbəbsiz kilo itkisi, gecə tərləmələri, qızdırma və ya yorğunluq kimi digər simptomlar müşahidə edilərsə, həkimə müraciət etmək məsləhətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
12
e-saglam.az

1Mənbələr