ÜST rəhbəri bildirib ki, ABŞ-nin hərəkətləri qlobal sağlamlığa ciddi təsir göstərir.
Birləşmiş Ştatların xarici yardım töhfələrini dayandırması qlobal sağlamlığa ciddi təsir edir.
Operativ Media xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Baş direktor ABŞ-ni həll yolları tapılana qədər yardımın maliyyələşdirilməsini bərpa etməyi düşünməyə çağırıb.